Pakistanda ev uçub- Ölənlər və xəsarət alanlar var
Pakistanın cənubunda yaşayış binasının uçması nəticəsində 2 nəfər ölüb, daha 10 nəfər xəsarət alıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, hadisə Karaçi şəhərində bu gün səhər saatlarına qeydə alınıb.
13 Sentyabr 2020 13:39 DünyaPakistanın cənubunda yaşayış binasının uçması nəticəsində 2 nəfər ölüb, daha 10 nəfər xəsarət alıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, hadisə Karaçi şəhərində bu gün səhər saatlarına qeydə alınıb.
İkimərtəbəli bina uçub, nəticədə bir neçə nəfər dağıntılar altında qalıb. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib. Xilasedicilərin məlumatına görə, dağıntılar altında daha bir neçə nəfər qalıb.
Hadisənin yerində xilasetmə işləri davam edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31