Xarici Dəstək Tənzimləmə Aktı tərəfindən Qızıl məbədin qeydiyyata alınması yenilikçi təşəbbüsdür
Hindistan İttifaqının Daxili İşlər Naziri Amit Şah bildirib ki, Amritsarda yerləşən Qızıl məbədin xarici sərmayə almasına hökumət tərəfindən icazə verilməsi qərarı yenillikçi bir təşəbbüsdür və bununla Siqh cəmiyyətinin mükəmməl xidmət ruhu bir daha nümayiş olunacaq. Olaylar.az bildirir ki, Hindistan Daxili İşlər Nazirliyi tərəfindən Xarici Dəstək Tənzimləmə Aktı 2010 çərçivəsində Şri Harmandir Sahib məbədinin qeydiyyatdan keçməsi təsdiqlənib. Amritsarda yerləşən Qızıl məbədi həmçinin Şri Harmandir Sahib məbədi olaraq tanınır.
11 Sentyabr 2020 15:16 DünyaHindistan İttifaqının Daxili İşlər Naziri Amit Şah bildirib ki, Amritsarda yerləşən Qızıl məbədin xarici sərmayə almasına hökumət tərəfindən icazə verilməsi qərarı yenillikçi bir təşəbbüsdür və bununla Siqh cəmiyyətinin mükəmməl xidmət ruhu bir daha nümayiş olunacaq.
Olaylar.az bildirir ki, Hindistan Daxili İşlər Nazirliyi tərəfindən Xarici Dəstək Tənzimləmə Aktı 2010 çərçivəsində Şri Harmandir Sahib məbədinin qeydiyyatdan keçməsi təsdiqlənib. Amritsarda yerləşən Qızıl məbədi həmçinin Şri Harmandir Sahib məbədi olaraq tanınır.
"Şri Harmandir Sahib məbədi ilə bağlı Xarici Dəstək Tənzimləmə Aktı qərarı, Siqh bacı və qardaşlarımızın üstün xidmət ruhunu bir daha nümayiş etdirəcək yenilikçi bir təşəbbüsdür" Şah sosial şəbəkədəki paylaşımında bildirib.
Şri Darbar Sahibin ilahiyyəti bizə güc verir. On illərdir bütün dünyada mövcud olan Sangat orada xidmət edə bilmirdi. Modi Hökuməti tərəfindən Şri Harmandir Sahib məbədinə Xarici Dəstək Tənzimləmə Aktına icazə verilməsi ilə bağlı qərarı chr("39")Sevachr("39") təşəbbüsünün bütün dünyada Sangat ilə Şri Darbar Sahib arasında olan əlaqəni dərinləşdirir.
Xarici Dəstək Tənzimləmə Aktı qeydiyyatı, 1925-ci ildə qurulmuş bir qurum olan chr("39")Saçxand Şri Harmandir Saheb Şri Darbar Saheb Pəncab Assosasiyasıchr("39") adına verilib.
İttifaqın Qida Emalı Naziri və Akali Dal lideri Harsimrat Kaur Badal Qızıl məbədə Xarici Dəstək Tənzimləmə Aktı qeydiyyatı verdiyinə görə Şaha təşəkkürünü bildirib.
"Hindistan Daxili İşlər Nazirliyinin Xarici Dəstək Tənzimləmə Aktı çərçivəsində Şri Harmandir Sahib məbədini təsdiq etdiyini bildirməkdən məmmunam. Bu, ziyarətgahın dünyanın hər yerindən chr("39")xidmət almasına və Gurusahabın chr("39")hər kəsə xeyir-duachr("39") fəlsəfəsini təbliğ etmək üçün uzun bir yol qət etməsinə imkan verəcəkdir. Buna imkan yaratdığı üçün @AmitShaha təşəkkürümü bildirirəm "deyə, qeyd edib.
Mənbələrin verdiyi məlumata əsasən Xarici Dəstək Tənzimləmə Aktı qeydiyyatı beş il müddətində qüvvədə olacaq.