SON DƏQİQƏ: Beyrut limanı yanır - DƏHŞƏTLİ GÖRÜNTÜLƏR
10 Sentyabr 2020 15:28 DünyaLivanın paytaxtındakı Beyrut limanında yanğın olub. Publika.az xəbər verir ki, bölgədəki neft və təkər deposu yanıb. Şəhərin səmasını qara duman bürüyüb. İtkilər barədə məlumat yoxdur.Qeyd edək ki, ötən ay Beyrut limanının ammonium-nitrat deposunda dəhşətli partlayış yaşanmışdı. Nəticədə 200-ə yaxın insan həlak olmuş, 6 minə yaxını yaralanmışdı. Şəhər infrastrukturunun yarısından çoxu zərər görmüşdü.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31