Polis restoranda baş verən davanı şok tapançası ilə ayırdı...

İngiltərənin paytaxtı Londonda gecə saatlarında bir restoranda dava baş verib. Baş verənlərdən sonra hadisə yerinə gələn polis, tərəfləri ayırmaq üçün şok tapançasından istifadə edib.

Moderator.az xəbər verir ki, sözügedən hadisə zamanı yemək sırası üstündə dava edən müştəriləri ayırmaq üçün 4 polis araya girib. Polislər xəbərdarlıqlarına məhəl qoymayan və içkili olduqları müəyyən edilən şəxslərə sərt müdaxilə göstərərək şok tapançasından istifadə edib.

Verilən məlumata görə, şok tapançasından çıxan elektrik axımı müştərilərin birində əzələ zədələnməsinə səbəb olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31