İrandan sirli partlayışlar haqda açıqlama: Deyə bilmərik...
7 Sentyabr 2020 06:51 DünyaTəhlükəsizlik qurumlarımız Natanz nüvə təsisatında baş verən yanğın və partlayışlarla bağlı araşdırmaları davam etdirirlər.
Axar.az xəbər verir ki, bu sözləri İran Atom Enerjisi Təşkilatının sözçüsü Behruz Kamalvəndi deyib.
"Bizim sənaye mərkəzlərimizə qarşı indiyə qədər çoxlu təxribatlar törədilib. Biz isə dəfələrlə həmin mərkəzlərə qarşı edilən kiber hücumların qarşısını almışıq. Təlükəsizlik qurumları Natanz təsisatında törədilən təxribat amillərini müəyyən ediblər, lakin araşdırmalar davam etdiyinə görə məsələnin detallarını hələlik açıqlaya bilmirik", - o qeyd edib.
Xatırladaq ki, iyulun 2-si İranın İsfahan şəhərinin yaxınlığında yerləşən Natanz nüvə təsisatında bir neçə partlayışın ardınca yanğın baş verib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31