Son sutka ərzində Pakistanda koronavirusa 498 nəfər yoluxub

Son sutka ərzində Pakistanda COVID-19-a 498 nəfər yoluxub və beləliklə, xəstələnənlərin sayı 297 min 512 nəfərə çatıb.

Son sutkada virusdan 7 xəstə dünyasını dəyişib və ölənlərin sayı 6335 nəfər olub.

Xəstəxanalarda 8909 pasiyentin müalicəsi davam etdirilir, onlardan 595-nin vəziyyəti ağırdır.

Qeyd edilir ki, indiyədək infeksiyadan 282 min 268 xəstə sağalıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31