BƏƏ-də qadınlar kişilərlə eyni konstitusiya hüquqlarından istifadə edirlər

Avqustun 28 Birləşmiş Ərəb Əmirlikləri dövləti vətən qızlarının töhfələri, ölkənin inkişaf və tərəqqisində göstərdikləri rolun əhəmiyyəti və dövlətin vətən daxilində və xaricində irəliləməsinə dəstək verdikləri üçün təşəkkür olaraq “BƏƏ Qadınlar Günü”nü qeyd edir. Olaylar.az bildirir ki, BƏƏ qadınlarının şərəfinə, Ümum Qadınlar Birliyinin prezidenti, Ailə İnkişafı Fondunun Ali sədri, Ana və Uşaqlar üzrə Ali Şuranın sədri zati-aliləri Şeyxa Fatima bint Mubarak hər ilin 28 avqust tarixinin "BƏƏ Qadınlar Günü" qeyd edilməsini irəli sürüb. Həmçinin, bu gün 1975-ci ildə Ümum Qadınlar Birliyinin yaranması günüdür. Bu il zati-aliləri Şeyxa Fatima bint Mubarak bu günün şüarını “Qadınlar Millətin Dayağıdır” irəli sürmüşdü.

Avqustun 28-i  Birləşmiş Ərəb Əmirlikləri dövləti vətən qızlarının töhfələri, ölkənin inkişaf və tərəqqisində göstərdikləri rolun əhəmiyyəti və dövlətin vətən daxilində və xaricində irəliləməsinə dəstək verdikləri üçün təşəkkür olaraq "BƏƏ Qadınlar Günü"nü qeyd edir.

Olaylar.az bildirir ki, BƏƏ qadınlarının şərəfinə, Ümum Qadınlar Birliyinin prezidenti, Ailə İnkişafı Fondunun Ali sədri, Ana və Uşaqlar üzrə Ali Şuranın sədri zati-aliləri Şeyxa Fatima bint Mubarak hər ilin 28 avqust tarixinin "BƏƏ Qadınlar Günü" qeyd edilməsini irəli sürüb. Həmçinin, bu gün 1975-ci ildə Ümum Qadınlar Birliyinin yaranması günüdür. Bu il zati-aliləri Şeyxa Fatima bint Mubarak bu günün şüarını "Qadınlar Millətin Dayağıdır" irəli sürmüşdü.

Bu günün qeyd edilməsi ilə Birləşmiş Ərəb Əmirlikləri dövləti qadınlara böyük əhəmiyyət verir, qarşılarına qoyulan və verilən tapşırıqları xüsusi bacarıq və fərqlənmə ilə yerinə yetirmələrini, milli xidmətdə - istər Silahlı Qüvvələr, polis sıralarında, istərsə də, milli təhlükəsizlik sahəsində var qüvvələri ilə iştiraklarını və göstərdikləri səyləri təqdir edir.

Mərhum Şeyx Zayed Bin Sultan Al Nahyan BƏƏ dövlətində qadın hüquqlarının ilk dəstəkləyicisi idi və onları inkişaf etdirmək, bütün sahələrdə qadınların tam iştirak etmələri üçün fürsət verməyə çalışırdı. Bu gün onun yolunu davam etdirən zati-aliləri Şeyx Xəlifə bin Zayed Al Nahyanın müdrik rəhbərliyi, Vitse-prezident , Baş nazir və Dubay əmiri zati-aliləri Şeyx Məhəmməd bin Rəşid Al Maktum və Abu Dabi Vəliəhdi Silahlı Qüvvələrin Ali Baş Komandanının müavini zati-aliləri Şeyx Məhəmməd bin Zayed Al Nahyan və BƏƏ-nin bütün əmirləri BƏƏ qadınlarının bugünkü səviyyəyə çatması üçün çox səy göstərmişlər.

BƏƏ-də qadınlar kişilərlə eyni konstitusiya hüquqlarından istifadə edirlər və BƏƏ gender bərabərliyi mövzusunda qlobal səviyyədə irəliləyir, bundan əlavə gender balansı sahəsində dünyanın ən yaxşı 25 ölkəsindən biri olmaq BƏƏ -nin "2021 hədəf" lərindən biridir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31