BƏƏ-də 58,153 nəfərin virusdan sağalıb, 369 nəfər həlak olub
Birləşmiş Ərəb Əmirlikləri yeni koronavirus infeksiyasına 461 yoluxma faktı qeydə almış və ölkədə infeksiyanın ümumi sayının 65,802 -ə çatdığını və ümumilikdə avqustun 20-nə 58,153 nəfərin virusdan sağaldığını, ölüm saynın isə 369-a çatdığını bildirilib.
24 Avqust 2020 11:05 DünyaBirləşmiş Ərəb Əmirlikləri yeni koronavirus infeksiyasına 461 yoluxma faktı qeydə almış və ölkədə infeksiyanın ümumi sayının 65,802 -ə çatdığını və ümumilikdə avqustun 20-nə 58,153 nəfərin virusdan sağaldığını, ölüm saynın isə 369-a çatdığını bildirilib.
Olaylar.z bildirir ki, BƏƏ-nin vitse-prezidenti və Baş naziri, Dubay əmiri Zati-aliləri Şeyx Məhəmməd Bin Raşid Al Maktum ölkənin keyfiyyətcə yüksək tərəqqisini hədəfləyən 50 illik iqtisadi planını nəzərdən keçirib. Plan özündə 5 prinsipi əhatə edir: vahid inteqrasiya olunmuş iqtisadiyyatın yaradılması, sahibkarlığın, o cümlədən kiçik və orta iqtisadiyyatın inkişaf etdirilməsi, turizm və birbaşa xarici investisiyanın qurulması, ixracın ikiqat artırılıması, istedad cəlbi və qorunması.
BƏƏ hava yollarında sərnişin tutumu hazırda 40-50 % və ya daha yüksəkdir. Belə ki, avia şirkətlər öz şəbəkələrində daha çox uçuşları bərpa etmək istəyir. BƏƏ-nin ölkəyə qayıdan sakinlərdən Şəxsiyyət və Vətəndaşlıq Federal Təşkilatı tərəfindən təsdiqin daha tələb olunmadığını elan etməsindən sonra rezervasiya sorğuları kəskin şəkildə artdı. Dubay əcnəbi qonaqları qəbul etməyin üstünlüklərini də görməyə başlayıb.
BƏƏ Emirati APEX Milli İnvestisiya şirkəti ilə İsrailin Tera Qrupu arasında koronavirus pandemiyası, o cümlədən sınaq cihazı ilə əlaqəli tədqiqat və inkişaf sahəsində əməkdaşlıq üçün "strateji ticarət müqaviləsi" nin imzalandığını açıqlanıb.
BƏƏ tibb işçilərinə kömək etmək üçün 14 Sakit okean adası ölkələrinə, o cümlədən: Fici, Kiribati, Marshall adaları, Nauru, Papua Yeni Qvineya, Samoa, Solomon Adaları, Tonga, Tuvalu, Vanuatu, Mikroneziya Federativ Dövlətləri, Palau, Kuk Adaları və Niue -ya 13 metrik ton tibbi ləvazimat və sınaq dəstləri göndərib.
Zati-aliləri Al Maktum ölkənin COVID-19 pandemiyası ilə mübarizədəki səylərini dəstəkləmək üçün Sudana təcili humanitar yardım göndərilməsini əmr edib: 14 ton tibbi ləvazimat və 20 ton qida təchizatı.
BƏƏ Livana on milyonlarla dirhəm dəyərində yardım göndərib. Prezident Şeyx Xəlifə Livana Covid-19-la mübarizə üçün 12 metrik ton qoruyucu vasitə bağışlayıb. Bu avadanlıq Livandakı 10 mindən çox tibb işçisinə yardım edəcək.