Pandemiyaya görə üzümlər məhv ediləcək
22 Avqust 2020 08:06 DünyaFransada üzüm bağlarından məhsulların bir qismi toplanacaq, qalanları isə məhv ediləcək. Bu barədə "The Times" xəbər yayıb.
Məlumata görə, səbəb şampana olan tələbatın kəskin azalmasıdır.
Bildirilir ki, "şardone", "pino-nuar" və "pino-menye" sortlarının 90 faizini alan istehsalçılar üzümçülərdən hektar başına cəmi səkkiz ton məhsul istəyiblər.
Bu, ötən illə müqayisədə 22 faiz azdır. Nəticədə məhsulun qalan 1/5-i məhv olacaq.
O da vurğulanıb ki, məşhur şampan brendlərinin məxsus olduğu LVMH şirkətinin satışı pandemiya ilə əlaqədar 30 faiz azalıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31