Belarusda ŞOK İSTEFA - Etirazçıların tərəfinə keçdi
18 Avqust 2020 14:12 DünyaBelarusdakı etirazlara dəstək verən bu ölkənin Slovakiyadakı səfiri İqor Leşenya istefa verib.
Publika.az xəbər verir ki, diplomatın özü bunu "məntiqi addım" adlandırıb.
"Mən həqiqətən istefa verdim. Bu, məntiqli addımdır, çünki hazırkı prezident Aleksandr Lukaşenko tərəfindən səfir təyin edilmişəm və onun müəyyən etdiyi bir siyasət aparmalı olduğum güman edilir. Xarici İşlər Nazirliyi hesabatımda ifadə olunan vətəndaş mövqeyimin bu çərçivədən kənara çıxdığını düşünür", - Leşenya bildirib.
Bundan əvvəl, Leşenya videomüraciətində dinc aksiyalarla çıxanlarla həmrəy olduğunu demişdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31