Türkiyə BƏƏ-dəki səfirini geri çağıra bilər

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsraillə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında münasibətlərin normallaşmasını nəzərdə tutan razılaşmaya münasibət bildirib.

Türkiyə lideri bir daha Fələstin xalqının yanında olduqlarını bəyan edib.

Ərdoğan deyib ki, Türkiyənin BƏƏ-dəki səfirini geri çağıra bilər.

Daha əvvəl Fələstin də BƏƏ-dən səfirini geri çağırıb.

Xatırladaq ki, ABŞ-ın vasitəçiliyi ilə BƏƏ və İsrail arasında münasibətlərin normallaşmasına dair razılaşma əldə olunub.

azvision.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31