Elmar Məmmədyarov danışdı: "Getməyə yerim yoxdur"
15 Avqust 2020 04:37 DünyaAzərbaycanın sabiq Xarici İşlər naziri Elmar Məmmədyarovun ölkədən çıxışına məhdudiyyət qoyulması ilə bağlı məlumat yayılıb.
Açıqlama verən Elmar Məmmədyarov yayılan məlumatın həqiqəti əks etdirmədiyini bildirib:
"Haqqımda yayılan məlumat yalandır. Şüvəlandakı bağımda dincəlirəm. Həmçinin ölkədən çıxmağa niyyətim və getməyə də yerim yoxdur. Pandemiya vaxtı hara gedirəm? Onu da deyim ki, istintaqa çağırılmamışam".(Unikal.org)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31