Çexiyada rus diplomat saxlanıldı
14 Avqust 2020 15:43 Dünyaİyun ayında Çexiyada Rusiya səfirliyinin əməkdaşı saxlanılıb.
Bu məlumatı "Çex" radiosu yayıb. Məlumata görə, səfirlik əməkdaşı tüfəng patronlarının qeyri-qanuni alışını həyata keçirən zaman tutulub.
Onun Praqa yaxınlığındakı Rjiçanı şəhərində tutulduğu vurğulanıb.
Ələ keçirilən şəxsin polisə özünün diplomatik pasportunu təqdim etməsindən sonra o, azadlığa buraxılıb. İnsidentdən az sonra o, Çexiyanı tərk edib.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31