Türkiyədə məktəblər bu tarixdə açılacaq

Türkiyədə məktəblər avqustun 31-də açılacaq, dərslər distant keçiriləcək.

Olaylar.az "Qafqazinfo"- ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Təhsil naziri Ziya Selçuk bildirib.

"Sentyabrın 21-də Elmi Şura tərəfindən tövsiyə olunan siniflərdə tədricən üz-üzə təhsilə başlanılacaq", - deyə o əlavə edib.

Selçuk onu da qeyd edib ki, özəl məktəblər təhsil fəaliyyətinə avqustun 17-dən distant təhsil vasitələri ilə başlaya bilərlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31