250 qadın ağ paltarda Belarus küçələrinə çıxdı - VİDEO
12 Avqust 2020 17:45 DünyaBelarusun paytaxtı Minskdə 250 yerli qadın ağ paltar və çiçəklərlə küçələrə çıxıb.
Onlar ölkə ərazisində zorakı hərəkətlərə etiraz etmək üçün əl-ələ tutaraq düzülüblər.
Qadınlar seçkilərdə səslərin düzgün sayılmasını xahiş ediblər. Digər dinc etirazçılar kimi, "əliyalın, silahsız" olduqlarını bildiriblər.
Son bir neçə gündə Belarusda Aleksandr Lukaşenkonun altıncı dəfə ölkə prezidenti seçilməsinə qarşı kütləvi etiraz aksiyaları keçirilir. İlk iki gündə 5000-dən çox insanın nəzarətə alındığı bildirilir.
oxu.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31