İranda 5 casus şəbəkəsi çökdürüldü
12 Avqust 2020 15:40 Dünyaİranın Kəşfiyyat nazirinin müavini dünya imperialist kəşfiyyat xidmətləri ilə bağlantısı olan 5 casus şəbəkəsi üzvlərinin həbs olunduğunu bildirib.
İran Kəşfiyyat nazirinin müavini verdiyi açıqlamada xarici kəşfiyyatla əlaqəli 5 kəşfiyyat qrupunun məhv edildiyini bildirib.
Açıqlamada məhv edilən şəbəkələrin və həbs edilənlərin CIA, MOSSAD və bəzi Avropa ölkələri ilə nüvə, siyasi, iqtisadi, hərbi və infrastruktur layihələri haqqında məlumat paylaşdıqları, İran ilə digər ölkələr arasındakı münasibətlərdə problem yaratmağa çalışdığı ifadə edilib.
Həmçinin bu şəbəkələrin və əlaqəli ölkələrin məqsədinin İranın yeni texnologiyaları əldə etməsinin qarşısını almaq, habelə İranla digər ölkələr arasında problem yaratmaq olduğu da açıqlamada bildirilib.
EASTNEWS.ORG