Jirinovski Rusiyada koronavirus peyvəndini yaradanların mükafatlandırılmasını istədi
12 Avqust 2020 13:39 DünyaRusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski koronavirusa qarşı peyvəndin hazırlanmasında iştirak edən hər kəsin mükafatlandırılmasına və peyvəndin sürətlə bütün ölkəyə yayılmasına çağırış edib.
Gazeta.ru-nun məlumatına görə, bu barədə partiya lideri "Telegram" kanalında yazıb.
Siyasətçi qeyd edib ki, ilk peyvənd - rus elminin və həkimlərinin nailiyyətidir: "Rusiya isə bütün dünyaya bir daha ən güclü tibb nəhəngi olduğunu sübut edib".
oxu.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31