Ermənistanda fövqəladə vəziyyət növbəti dəfə uzadıldı
12 Avqust 2020 12:00 DünyaErmənistanda koronavirus səbəbiylə beşinci dəfə fövqəladə vəziyyət rejimi uzadılıb.
Bu barədə Ermənistan hökumətinin iclasında bildirlib.
Ədliyyə naziri Rüstəm Badasyanın deyib ki, 16 mart 2020-ci ildə tətbiq olunan fövqəladə vəziyyət rejimi sonra dörd dəfə uzadılıb.
12 avqust tarixində fövqəladə rejim başa çatır, lakin onun yenidən 11 sentyabr 2020-ci ilədək uzadılmasına qərar verilib.
Qərar dərc edildikdən dərhal sonra qüvvəyə minir.
Son məlumata görə, Ermənistanda 40 794 nəfər koronavirusa yoluxub, 806 nəfər ölüb.
azvision.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31