Belarusda kütləvi aksiyaların təşkilatçısı saxlanıldı

Belarusda kütləvi etiraz aksiyalarının koordinatorları saxlanılıb.

Olaylar.az xəbər verir ki, bu barədə BELTA agentliyi məlumat yayıb.

Bildirilir ki, saxlanılanlardan biri tabeliyində olan 3 nəfərin hərəkətlərini istiqamətləndirib. Onlar isə öz növbəsində yüzlərlə şəxsi aksiyaya yönəldib.

Adı açıqlanmayan şübhəli "Belarus" otelinin 17-ci mərtəbəsindəki otağından aksiyaları idarə edib.

Əməliyyatla bağlı əlavə məlumat verilməyib.

Qeyd edək ki, avqustun 9-da Belarusda prezident seçkiləri keçirilib. Mərkəzi Seçki Komissiyasının məlumatına görə, 26 ildən artıq müddətə ölkəyə rəhbərlik edən Aleksandr Lukaşenko seçkidə qələbə qazanıb. Müxalifət təmsilçiləri seçkinin nəticələrini tanımayıb.

azvision.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31