Ermənistanda fövqəladə vəziyyət rejimi yenidən uzadılır
11 Avqust 2020 17:42 DünyaSabah Ermənistanda fövqəladə vəziyyət rejiminin daha bir ay uzadılması barədə qərar qəbul ediləcək. Bu məqsədlə avqustun 12-də hökumətin iclası keçiriləcək.
"İclasın gündəliyinə bir məsələ daxildir - Ermənistanda 16 mart 2020-ci ildə elan edilmiş fövqəladə vəziyyət rejiminin müddətinin uzadılması".
Son məlumata görə, Ermənistanda indiyədək 40 593 nəfər koronavirusa yoluxub, 803 xəstə ölüb.
azvision.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31