Livan prezidenti hökumətin istefasını qəbul edib
11 Avqust 2020 13:28 DünyaLivan prezidenti Mişel Aun Baş nazir Həsən Diyab və hökumətin istefasını qəbul edib. Bu barədə dövlət başçısının mətbuat xidmətinin məlumatında deyilir.
Lakin, istefa verən hökumət yeni kabinet qurulana qədər işini davam etdirəcək.
Tərəflər görüş zamanı Beyrut dəniz limanında partlayışdan sonra Livandakı son hadisələri müzakirə ediblər. Dövlət başçısı istefada olan hökumət üzvlərinə görülən işlərə görə təşəkkür edib.
sia.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31