Belarusda 3 min nəfər həbs olundu

Belarusda 3 min nəfər həbs olundu

Belarusda prezident seçkilərindən sonra baş qaldıran etiraz aksiyalarında 3 min nəfər saxlanılıb.

Bunu ölkənin Daxili İşlər Nazirliyinin mətbuat katibi Olqa Çemodanova açıqlayıb.

Ölkə miqyasında 33 yaşayış məntəqəsində icazəsiz aksiyaların baş tutduğunu bildirən nazirlik rəsmisi onlara qarşı silahdan istifadə olunmadığını, olaylar zamanı heç kimin xəsarət almadığını vurğulayıb.

Belarus mətbuatı isə Səhiyyə Nazirliyinə istinadən verdiyi xəbərdə etirazlar zamanı 39 polisin və 50-dən çox etirazçının xəsarət aldığını iddia edir.

publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31