Jirinovskdodən Lukaşenkoya SƏRT SÖZLƏR
10 Avqust 2020 13:38 DünyaÖtən gecə Belarusda baş verən hadisələr respublikanın hazırkı prezidenti Aleksandr Lukaşenkonun nəinki gəncləri, həm də orta və yaşlı nəsilləri, nəinki mülki şəxsləri, həm də çiyində ulduz olanları (rütbəli şəxsləri-red.) itirdiyini göstərdi.
Bunu Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski deyib.
"Prezidentliyə namizədləri həbsxanaya doldurmaq, sonra - səs sayılan gecə etirazçıları həbs etmək vəhşilik və rüsvayçılıqdır. Əlbəttə, bütün Belarus Lukaşenkaya qarşı üsyan etdi. Biz bu gün onun tam məğlubiyyətini müşahidə edirik. O yalnız gəncləri deyil, həm də orta və yaşlı nəsilləri, yalnız mülki şəxsləri deyil, həm də çiyində ulduz daşıyanları - bütün ölkəni itirdi", - deyə Jirinovski öz "Telegram-kanal"ında yazıb.
Rusiyalı siyasətçinin fikrincə, "Belarusda nə proletariat diktaturası, nə Sov.İKP diktaturası, nə də Lukaşenko diktaturası keçmədi".
Jirinovski daha sonra yazıb:
"Bu, respublikada bolşevik rejiminin sonu idi. Belaruslar, sağ olun. Afərin! Nəhayət, cəsarət tapdınız və diktaturaya qətiyyətlə yox dediniz".
teleqraf.com