Avstraliyada koronavirusdan rekord sayda ölüm qeydə alınıb
10 Avqust 2020 13:38 DünyaAvstraliyada son sutka ərzində koronavirusdan rekord sayda ölüm qeydə alınıb.
Ölkənin Səhiyyə Nazirliyi 19 nəfərin öldüyünü bildirib.
Bu günədək Avstraliyada virusdan ölənlərin sayı 314 nəfərə çatıb.
Bundan başqa, son sutkada 323 yeni yoluxma qeydə alınıb. Ümumilikdə ölkə ərazisində yoluxanların sayı 21 407 nəfərə çatıb.
Qeyd edək ki, ən çox yoluxma və ölüm Viktoriya ştatında qeydə alınıb. Avstraliya hökuməti yoluxmanın qarşısını almaq məqsədilə bir sıra ştatlar arasında sərhədləri bağlayıb.
trend.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31