İrəvanda yanğın: İnsanlar təxliyə edildi

Ermənistan Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bazar ertəsi verilən məlumata görə, xilasedicilər yaxınlıqdakı tikinti zibillərinin yanması səbəbindən Mikaelyan adına İrəvan Cərrahiyyə İnstitutundan insanları təxliyə ediblər.

Olaylar.az xəbər verir ki, yanğın barədə siqnal avqustun 9-da axşam saatlarında alınıb. Altı yanğınsöndürmə briqadası əraziyə gəlib.

"Mikaelyan adına Cərrahiyyə İnstitutu yaxınlığında yanğın olduğu ortaya çıxıb. Təhlükəsizlik səbəbiylə binanın ikinci mərtəbəsindəki vətəndaşlar təxliyə edilib. Yanğın lokallaşdırılıb" deyilib.

konkret.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31