Koronavirusa yoluxanların sayı artdı- DÜNYADA
10 Avqust 2020 09:56 DünyaDünyada koronavirus infeksiyasına yoluxanların sayı 20 milyon nəfəri ötüb.
Dünya ölkələri üzrə virusa yoluxma sayı 20 milyon 25 min 950, pandemiya qurbanlarının sayı isə 734 min 18 nəfərə çatıb.
İndiyədək 12 milyon 900 min 621 nəfər xəstəlikdən sağalıb.
Xatırladaq ki, COVID-19 virusu ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Pandemya 213 ölkədə qeydə alınıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31