Qarabağda daha iki erməni koronavirusa yoluxdu – cəmi 250 nəfər oldu
8 Avqust 2020 12:23 DünyaErmənistan silahlı qüvvələri tərəfindən işğal edilən Dağlıq Qarabağda daha iki ermənidə koronavirus infeksiyası aşkar edilib.
Bu haqda məlumatı erməni mediası yayıb.
Yoluxma Əsgəran rayonunda qeydə alınıb.
Ötən gün ərzində COVID-19 diaqnozu qoyulmuş 12 nəfər sağalıb və təcrid yerini tərk edib.
Ümumiyyətlə, Qarabağda 250 nəfərə diaqnoz qoyulub, onlardan 213-ü artıq xəstəliyi dəf edib. 36 xəstə həqiqi müalicə alır, 64 nəfər təcrid olunub.
Azərbaycanın işğal bölgələrində ümumilikdə 6.838 koronavirus testi aparılıb.
konkret.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31