ABŞ Beyrutdakı partlayışdan sonra Livana 17 milyon dollar ayıracaq

ABŞ Beyrutdakı partlayışdan sonra Livana 17 milyon dollar ayıracaq.

Bu barədə amerikan səfirliyin "Twitter" səhifəsində deyilir.

"ABŞ avqustun 4-də baş verən partlayışdan sonra yardım məqsədi ilə Livana 17 milyon dollar ayıracaq", - deyə diplomatik nümayəndəlik bildirib.

Xatırladaq ki, avqustun 4-də Livanın Beyrutdakı limanında güclü partlayış vaş verib. Hadisə nəticəsində 154 insan dünyasını dəyişib, 5 mindən çox insan yaralanıb, 300 mindən çox insan isə evsiz qalıb.

banker.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31