"Azərbaycan ordusuna yazılmağa hazıram" – Türk aktyor
7 Avqust 2020 13:13 DünyaTürkiyəli aktyor Tamər Qaradağlı könüllü olaraq Azərbaycan ordusuna yazılmağa hazır olduğunu açıqlayıb.
Azərbaycan əsilli aktyor qatıldığı proqramda aparıcının "Azərbaycan üçün könüllü əsgərliyə gedərsinizmi?" sualını cavablandırıb.
"Bəlkə də məni bu yaşdan sonra çağırmazlar. Ancaq çağırsalar, Azərbaycan üçün sevə-sevə könüllü olaraq xidmət edərəm. Biz "Bir millət, iki dövlət" deyirik. Buna görə də vəzifəmizi yerinə yetirməyimiz vacibdir", - aktyor bildirib.
moderator.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31