Trampdan sosial şəbəkələrlə bağlı QƏRAR

ABŞ prezidenti Donald Tramp "TikTok" tətbiqinə qarşı tədbirlər haqqında fərman imzalayıb.

Olaylar.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidmətindən bildiriblər.

Fərman ABŞ şirkətlərinə "TikTok" tətbiqinin sahibi olan "ByteDance" şirkəti və onun törəmə müəssisələri ilə hər hansı bir əməliyyatın aparılmasını qadağan edir.

Qadağa fərmanın dərcindən 45 gün sonra qüvvəyə minir.

Bundan əlavə, D.Tramp "WeChat" sosial şəbəkəsinə qarşı tədbirlər haqqında da fərman imzalayıb.

Fərman ABŞ şirkətlərinə "WeChat" sosial şəbəkəsi, onun sahibi olan "Tencent Holdings" şirkəti və onun törəmə müəssisələri ilə hər hansı bir əməliyyatın aparılmasını qadağan edir.

teleqraf.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31