ABŞ-da ixtisarlar davam edir
6 Avqust 2020 16:45 Dünya2020-ci ilin təkcə iyul ayında COVID-19 pandemiyasının fonunda ABŞ-da daha 262 649 insan işsiz qalıb.
Ötən ayda qeydə alınan ixtisarların sayı iyun ayı ilə müayisədə 54% çox olub. Ümumi olaraq, bu il ölkədə işsizlərin sayı 1,848 milyon artıb ki, bu da ötən ilin eyni vaxtı ilə müqayisədə 3,1 dəfə çoxdur.
Qeyd edək ki, ABŞ-da ixtisarların sayı üzrə rekord 2001-ci ildə qeydə alınıb. Həmin il ölkədə 1,957 milyon insan öz işini itirib.
apa.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31