Ermənistanın hərbi polisinə yeni rəis təyin edilib

Ermənistanın hərbi polis idarəsinə yeni rəis təyin edilib.

Prezident Armen Sarkisyan bununla bağlı sərəncam imzalayıb.

Sərəncama əsasən, Aşot Zakaryan Ermənistan Müdafiə Nazirliyinin hərbi polis idarəsinin rəisi təyin edilib.

Yeni təyinat baş nazir Nikol Paşinyanın təqdimatı əsasında baş tutub.

azvision.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31