İrəvanın keçmiş meri saxlanıldı
6 Avqust 2020 13:15 DünyaErmənistanın Xüsusi İstintaq Xidməti İrəvanın keçmiş meri, dövlət xidmətlərinin tənzimlənməsi üzrə komissiyanın sabiq sədri Robert Nazaryanı saxlayıb. Bu barədə "Hraparak" nəşri hüquq mühafizə orqanlarına istinadən yazıb.
Məlumata görə, həbsdən əvvəl Robert Nazaryandan üçüncü prezident Serj Sarkisyanın əleyhinə ifadə verməsi istənilib, əvəzində ona qarşı cinayət təqibinin dayandırılacağı bildirilib.
Nazaryan isə təqdim olunan ifadələrin həqiqətə uyğun olmadığını və imzalaya bilməyəcəyini deyərək rədd edib. Nəşr yazıb ki, hazırda ondan təzyiq altında ifadə almağa çalışırlar.
azvision.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31