Partlayışdan dəyən ziyan 15 milyard dollar ola bilər - Beyrutun qubernatoru

Avqustun 4-də kütləvi partlayışın baş verdiyi Beyrutda zərər 15 milyard dollar ola bilər.

Olaylar.az xəbər verir ki, bunu şəhərin qubernatoru söyləyib.

Bundan əvvəl o, dəyən ziyanı 3-5 milyard dollar səviyyəsində qiymətləndirmişdi.

Avqustun 4-də axşam Livanın paytaxtı Beyrut şəhərində güclü partlayış baş verib, nəticədə 100-dən çox insan ölüb və 4 mindən çox insan yaralanıb.

Səlahiyyətlilər, limanda uzun müddət təhlükəsizlik tədbirləri olmadan saxlanılan ammonium nitratın (ammonium selitrası kimi də tanınır) partladığını deyir.

konkret.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31