Zelenski generalı işdən çıxardı
6 Avqust 2020 09:55 DünyaUkrayna prezidenti Vladimir Zelenski Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi, general-mayor Vasiliy Burbanın vəzifəsindən azad edilməsi ilə bağlı sərəncam imzalayıb.
Müvafiq sərəncam Ukrayna liderinin saytında dərc edilib.
Onun digər sərəncamı ilə bu vəzifəyə bu idarənin zabiti Kirill Budanov təyin edilib.
Dövlət başçısının aparatında bu qərar "işin yenidən qurulması və intensivləşdirilməsi, təhlükəsizlik məsələlərinin həlli ilə bağlı müasir yanaşmanın axtarışı və həyata keçirilməsinin zəruriliyi" ilə izah edilib.
teleqraf.com
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31