Beyrutu dağıdan partlayıcı maddə rus gəmisindən boşaldılıbmış

Livanın paytaxtı Beyrut şəhərində partlayan 2750 ton ammiak şorası 2014-cü ildə "Rhosus" gəmisindən boşaldılıbmış.

Bu barədə Livanın Müdafiə üzrə Ali şurasından məlumat verilib.

Liman rəhbərliyinin verdiyi xəbərə görə, təhlükəli maddənin yerləşdyi anbara heç kimin giriş hüququ olmayıb. Lakin anbarın daxilində divarda açılan dəlikdən içəri girmək mümkünmüş. Partlayış isə qapının təmiri üçün qaynaq işləri aparılan zaman baş verib.

Xarici mətbuatın diqqəti ammiakı Livan sahillərinə gətirən "Rhosus" gəmisinə yönəlib. Moldova bayrağı altında üzən bu gəmi, hazırda Kiprdə yaşayan, Xabarovskdan olan rus sahibkar İqor Qreçuşkinə məxsus imiş. Təhlükəli yük 2013-cü ilin yayında Gürcüstanın Batumi limanından Mozambikə göndərilmək üçün yola düşüb. Həmin ay gəmi göyərtədə yaranan problemə görə Beyrutda dayanmalı olub.

"Rhosus" gəmisini təhqiq edən Livanın xüsusi təftiş komitəsi ekipaja gəmini limandan çıxarmağı qadağan edib. Gəmi heyətinin böyük bir hissəsini buraxan Livan rəsmiləri onlardan sadəcə 4-nü yeni tərkib gələnə qədər saxlayıblar. Gəmi sahibi isə onu taleyin ümidinə buraxıb. Nəticədə onun borclu olduğu şəxslər "Rhosus"un üzərinə həbs qərarı qoydurub.

WhatsApp Image 2020-08-05 at 16.14.31.jpeg (118 KB)

İqor Qreçuşkin və onun rəhbərlik etdiyi "Teto Shipping Ltd" şirkəti haqqında olduqca neqativ rəylər gəlir. Bəhs olunan şirkət 2012-ci ildə Marşall adalarında qeydə alınsa da, 2014-cü ildə mövcudluğuna son qoyulub. 2013-cü ildə "Rhosus" hətta Sevilyada 14 gün həbs altında qalıb.

Musavat.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31