Üç azyaşlı alkoqoldan zəhərləndi
5 Avqust 2020 21:22 DünyaRusiyanın Voronej bölgəsində 9-12 yaşlı üç uşaq alkoqoldan zəhərlənib, onlardan ikisinin vəziyyəti ağırdır.
Bu barədə TASS məlumat yayıb.
Hadisə avqustun 4-də baş verib. Uşaqlara təcili tibbi yardım göstərildikdən sonra onlar yerli xəstəxananın toksikologiya şöbəsinə yerləşdiriliblər.
Faktla bağlı araşdırma başladılıb. Araşdırma çərçivəsində valideynlərin davranışı, rayonun profilaktika sisteminin işi və uşaqlara alkoqolu kimin satması məsələləri aydınlaşdırılacaq.
oxu.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31