Rusiyada koronavirusun ikinci dalğasının başlayacağı vaxt proqnozlaşdırılıb

Rusiyada koronavirus infeksiyasının ikinci dalğası oktyabr-noyabr, hava daha soyuq və rütubətli olanda başlaya bilər.

Bunu rusiyalı virusoloq Anatoli Altşteyn proqnozlaşdırıb.

Mütəxəssis bildirib ki, yay aylarında yüksək temperatur fonunda virus fəallığını azaltsa da, kollektiv immunitet yarananadək yoluxmalar davam edəcək.

Qeyd edək ki, Fransada da payız-qış aylarında koronavirusun ikinci dalğasının başlayacağı proqnozlaşdırılır.

Ötən gün almaniyalı mütəxəssislər isə ölkədə ikinci dalğanın artıq başladığını bildiriblər.

trend.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31