Makron dəhşətli partlayış baş vermiş Beyrutu ziyarət edəcək

Fransa Prezidenti Emmanuel Makron avqustun 6-da partlayışdan əziyyət çəkmiş Beyruta səfər edəcək.

Bu barədə Fransa mətbuatı yazıb.

Fransa liderinin burada Livan Prezidenti Mişel Aun və Baş nazir Həsən Diabla görüşəcəyi qeyd olunur.

paralel.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31