Dünya COVİD-19-un ikinci dalğasına qədəm qoyur
5 Avqust 2020 14:38 DünyaBMT: COVID-19 bir milyard tələbə və məktəblinin təhsilinə mane olur
"Koronavirus səbəbilə məktəblərin və universitetlərin bağlanması 160 ölkədə təxminən 1 milyard tələbə və məktəbli üçün təhsil prosesini tam pozmuşdur". Bu sözləri BMT-nin Baş katibi Antonio Guterres iyulun ortalarına olan məlumatlara istinadən söyləyib.
O əlavə edib ki, dünyada ən az 40 milyon uşaq həyati vacib məktəbəqədər təhsildən məhrum edilmişdir. Dərslərin onlayn, radio və televiziya ilə təmin edilməsi səyləri bütün şagirdlərə çatdırıla bilməmişdir. Pandemiyadan əvvəl hətta 250 milyondan çox məktəbyaşlı uşaq məktəbdə oxumaq imkanından məhrum idi və inkişaf etməkdə olan ölkələrdə
uşaqların yalnız dörddə biri lazımi əsas bacarıqları alaraq məktəbi bitirmişdir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31