Rusiyada hərbi təlimlər zamanı körpü çökdü - Onlarla yaralı var

Rusiyanın şərqindəki Yəhudi muxtar vilayətində hərbi təlimlər zamanı dəmiryol körpüsü çöküb.

Hadisə nəticəsində 20-yə yaxın hərbçi xəsarıət alıb.

Qeyd olunur ki, körpünün dayaqları ağırlığa tab gətirmədiyi üçün çöküb. Xəsarət alan hərbçilər Xabarovsk şəhərində xəstəxanaya çatdırılıb.

Hazırda hadisə ilə bağlı araşdırma aparılır. Körpünün təhlükəsizlik texnikasına əməl olunmaması səbəbindən çökdüyü ehtimal edilir.

trend.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31