Beyrut qubernatoru ağladı - VİDEO
5 Avqust 2020 06:53 DünyaBeyrut şəhərinin qubernatoru Marvan Abbud "Sky News" telekanalına müsahibəsi zamanı ağlayıb.
"Qafqazinfo"nun məlumatına görə, məmur bildirib ki, həyatında heç vaxt bənzər dağıntılar görməyib. Onun sözlərinə görə, partlayış "Hiroşima və Naqasakidə baş verənlərə bənzəyir".
"Mən həyatımda bu qədər dağıntılar görməmişəm... Bu Livan üçün milli fəlakətdir", - deyən Abbud göz yaşlarına hakim ola bilməyib.
Qeyd edək ki, Livanın paytaxtı Beyrut şəhərində dəniz limanında baş vermiş partlayış nəticəsində azı 78 nəfər ölüb, 4 mindən çox insan xəsarət alıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31