Beyrutdakı partlayışda ölənlərin sayı 78 nəfərə çatdı, 4000 yaralı var

Livanın paytaxtı Beyrutda baş verən güclü partlayış nəticəsində ölənlərin sayı 78 nəfər çatıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Bildirilir ki, xəsarət alanların da sayı artaraq 4 min nəfərə yüksəlib.

Xatırladaq ki, ötən gün Livanın paytaxtı Beyrutun limanında güclü partlayış baş verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31