Rusiyada üzərində Putinin sözləri olan avtobuslar xəttə buraxılır
4 Avqust 2020 17:26 DünyaRusiyanın Ulan-Ude şəhərində ölkə prezidenti Vladimir Putinin sitatlarının yer aldığı avtobuslar almaq qərarına gəliblər. Bunun üçün 200 milyon rubl (təxminən 2.9 milyon dollar) xərclənəcək.
Avtobusun biri 4.7 milyon rubla (təxminən 650 min dollar) başa gəlir. Şəhər meriyası bunun üçün iki müsabiqə elan edib. Müsabiqənin qalibləri "Şəhər marşrutları" müəssisəsini avtobusla təmin edəcək. Müqavilələrə görə, Ulan-Udedə belə 42 avtobus peyda olacaq.
Avtobusların əsas üstünlüyü üzərində Putinin sitatlarının olmasıdır. Məsələn, yazılacaq: "Xalq büdcəsi insanların təşəbbüsüdür". Belə də ola bilər: "Uzaq Şərq həlledici inkişaf istiqamətidir". Sitatların aşağısında mütləq "Vladimir Putin" yazısı görünəcək.
Sitatlarla bağlı hələ tam qərar verilməyib. Müsabiqə qaliblərinin mövqeyi də vacibdir.
"Tayqa.info"nun yazdığına görə, bu təcrübədən hamıdan əvvəl Kuzbass istifadə edib. Bəzi avtobusların üzərində Kemerovo vilayətinin keçmiş qubernatoru Aman Tuleyevin sitatları yer alırmış.
bizimyol.info