Qazaxıstanda ilk dəfə koronavirus peyvəndi vurulub

Qazax Milli Universiteti nəzdində Beynəlxalq Vaksinologiya Mərkəzinin həkimləri Qazaxıstanda yeni koronavirusa qarşı ilk vaksinasiyanı həyata keçiriblər.

Qazax Milli Universiteti nəzdində Beynəlxalq Vaksinologiya Mərkəzinin həkimləri Qazaxıstanda yeni koronavirusa qarşı ilk vaksinasiyanı həyata keçiriblər.

Olaylar.az xarici mətbuata istinadən bildirir ki. koronavirusa qarşı ilk peyvənd edilən şəxs Vaksinologiya Mərkəzinin direktoru Kaysar Tabınov olub.

Ona Avstraliyada hazırlanmış və indi klinik sınaqların ilk mərhələsində olan COVAX-19 vaksini vurulub.

Xatırladaq ki, Qazaxıstanda koronavirus vaksininın hazırlanması istiqamətində iş aparılır. Peyvəndin kliniki sınaqlarına sentyabr ayında başlanması planlaşdırılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31