Gəlin toy günü koronavirusa yoluxdu

Türkiyədə gəlin öz toyu günü koronavirusa yoluxub.

Toy mərasimi Tokat şəhərində keçirilib. Mərasimdən sonra gəlin özünü piss edib, onun hərarəti artmağa başlayıb. Xəstəxanaya aparılan adı açıqlanmayan gəlinin COVİD-19 testi pozitiv çıxıb.

Dərhal müalicəsi başlayan gəlin xəstəxanada saxlanılıb. Toyda iştirak edənlərlə bağlı isə araşdırma başlayıb. İlk olaraq onun ailə üzvləri, sonra isə toya qatılan qonaqlardan test nümunələri götürüləcək.

Xatırladaq ki, Türkiyədə pandemiyaya görə qadağan edilən toyların keçirilməsinə iyul ayından icazə verilmişdi.

bakipost.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31