Türkiyədə xüsusi təhlükəli terrorçu zərərsizləşdirildi
Türkiyədə xüsusi təhlükəli terrorçu zərərsizləşdirildi
4 Avqust 2020 10:46 Dünyaİyulun 30-da Şirnak əyalətinin Qabar rayonu ətrafında Türkiyə kəşfiyyatının əməliyyatının gedişatında zərərsizləşdirilmiş PKK-nın dörd silahlısından biri Daxili İşlər Nazirliyinin "boz siyahısında" axtarılan terrorçulardan olub.
Əldə edilmiş məlumatlara görə, Seyitxan Acay "Bryusk İsrail" ləqəbi ilə 2006-cı ildə bir sıra terror təşkilatlarına üzv olub.
O, beş il İsraildə fəaliyyət göstərib. 2018-ci ildə Türkiyənin cənub-şərqində Siirt əyalətində, Botan ərazisində PKK-nın fəaliyyətinə cavabdehlik daşıyıb.
Seyitxan Acay bundan sonra Şırnak əyalətinin Küpeli və Qabar rayonlarında terror təşkilatı sıralarında fəaliyyət göstərib.
publika.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31