Fransada isti hava hökm sürür
1 Avqust 2020 14:52 DünyaFransada gözlənilən bərk istilərlə bağlı bir sıra bölgələrdə "naringi təhlükə" elan edilib.
"Meteo France"ın məlumatına görə, ölkənin şərqindəki 13 departamentdə, yəni Rona çayının orta axın hissəsindən tutmuş cənub-şərqdəki Savoye departamentinədək çox yüksək hava hərarəti, bəzi yerlərdə hətta 40 dərəcədən yuxarı isti gözlənilir.
Qeyd edək ki, bu həftənin cümə günü də bərk istilərlə bağlı 32 departamentdə "naringi təhlükə" elan edilmiş, bəzi şəhərlərdə isə hava hərarətinin indiyədək ən yüksək həddi qeydə alınmışdı.//Report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31