Hindistanda avtomobilində inək əti daşıdığı üçün müsəlman gəncə HÜCUM EDİLDİ -FOTO
1 Avqust 2020 12:20 DünyaHindistanın Qurqaon şəhərində şəxsi avtomobilində inək əti daşıdığı iddia edilən müsəlman gənc ətrafdakı insanlar tərəfindən döyülüb.
Paytaxt Dehliyə yaxın olan Qurqaon şəhərində müsəlman bir gənc avtomobilində inək əti daşıması iddiası ilə bir qrup insanlar tərəfindən hücuma məruz qalıb.
Loğman adlı müsəlman gənc avtomobilindən yerə endirilərək, vəhşicəsinə döyülüb. Sosial mediayada paylaşılan videolarda maska geyən insanların müsəlman gənci təpiklədikləri və hücum edənlərin bəzilərinin əlində çəkic olduqları görülüb.
Hadisə yerinə gələn polislərin isə prosesə gec müdaxilə etdikləri bildirilir. Hindistan Daxili İşlər Nazirliyi, polisin hadisəyə gec müdaxilə etməsi ilə bağlı sosial mediada paylaşılan səs yazmaları və videolarla əlaqədar açıqlama verməyib. Azğın qrup tərəfindən döyülən müsəlman gənc xəstəxanaya aparılıb.

sonxeber.az