Tramp bu sosial şəbəkənin istifadəsinə QADAĞA qoydu
1 Avqust 2020 11:00 DünyaABŞ Prezidenti Donald Tramp "TikTok" sosial şəbəkəsinin ölkədə qadağan olunacağını açıqlayıb.
Tramp qadağanın 24 saat ərzində tətbiq olunacağını söyləyib.
Şəxsi Məlumatları Qoruma Təşkilatı bununla əlaqədar olaraq hərəkətə keçib və "məlumat təhlükəsizliyi boşluğu" iddiaları ilə bağlı istintaq başladılıb.
Dünyada 800 milyon istifadəçisi olan bu sosial şəbəkədən ABŞ-da 80 milyon insan yararlanır. Tramp "TikTok"u son dövrün ən mübahisəli sosial mediası hesab edir.
Qeyd edək ki, ABŞ hökuməti daha əvvəl Çinin bu cür tətbiqlər vasitəsilə ABŞ vətəndaşlarının şəxsi məlumatlarını ələ keçirdiyini və tətbiqlərin məlumat toplamaq üçün istifadə edildiyini iddia etmişdi.
publika.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31